"Nar” tam gücü ilə abunəçilərə xidmət göstərir

"Nar” tam gücü ilə abunəçilərə xidmət göstərir
  05 İyul 2018    Oxunub:4565
Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atıb.
Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində “Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edilib.

Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, “Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilmiş, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilmişdir. “Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

AzVision.az


Teqlər: Nar  





Xəbər lenti