"Azerkosmos" 5 ayda 19 ölkəyə xidmət ixrac edib
Departament rəhbəri qeyd edib ki, beş ayda ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 88 faizini təşkil edib. May ayında isə "Azerkosmos" ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon dollar olub. ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrdir.
AzVision.az
Teqlər: Azerkosmos