“Nar”-ın dəstəklədiyi yarışın qalibi “Göyçay” komandası oldu
Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırıldı.
Xatırladaq ki, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər. “Nar”-ın dəstək olduğu layihələr barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
AzVision.az