“Azeri Light”ın qiyməti 79 dollara çatır

“Azeri Light”ın qiyməti 79 dollara çatır
  28 İyun 2018    Oxunub:1380
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,7 dollar bahalaşaraq 78,95 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar azalaraq 77,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 72,44 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti