Azərbaycanlı professorun Parisdə kitabı təqdim edilib

Azərbaycanlı professorun Parisdə kitabı təqdim edilib
  28 İyun 2018    Oxunub:1942
Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin iştirakı ilə müəllifi olduğu « Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil » fransız dilində kitabının təqdimatı və müzakirəsi keçirilib.
Azərbaycanın Dostları Assosiasiyasından AzVision.az-a verilən xəbərə görə, təqdimat mərasimi Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin Fəxri üzvü Jan Fransua Mansel, Yaziçi-publisist, Fransa Yəhudiləri Cəmiyyətinin üzvü, professor Jan Pyer Alali və Paris I Universitetinin (Panteon-Sorbon) Geosiyasət Coğrafiya üzre professoru Jacques Soppelsanın iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel ilk öncə Daglıq Qarabağ münaqişəsi haqqında, onun tarixi, yaranma səbəbləri barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, Ermənistan Sovet İttifaqının zəifləməsi və dağılmasından istifadə edərək, Azərbaycan torpaqlarını qeyri qanuni zəbt edərək bir milyondan çox insanın doğma yurdundan didərgin duşməsinə səbəb olub, bir çox soyqırımlara, cinayətlərə yol verib. O təəssüflə bidirib ki, Fransa və bir çox digər ölkələr bu münaqişə haqqında xəbərsizdirlər.

O, kitabın Fransız cəmiyyəti və bütün dünya ictimaiyyəti üçün, Dagliq Qarabag münaqişənin tanıdılmasında əhəmiyyətli olacagını bildirib. Kitab barəsində rəy bildirən rofessor Jak Sopelsa, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan Respublikası tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin kitabda aparılan hüquqi təhlilinə obyektiv qiymət verdiyini dedi. O, tarixi və hüquqi faktlara əsaslanaraq münaqişənin hüquqi aspektini təqdim edən bu kitabın, fransız cəmiyyəti və dünya ictimaiyyəti üçün vacibliyini qeyd etdi.

Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti, Jan Pier Alali, Azərbaycanı sülhsevən bir ölkə kimi tanıdığını bildirdi. O, Azərbaycanın güclü bir orduya malik olmasına baxmayaraq, hər zaman Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyini və Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərin təqdirə layiq olduğunu bildirdi.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev qeyd etdi ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən, o cümlədən bu gün də davam edən təcavüzkarlıq və soyqırımı siyasətini beynəlxalq ictimaiyyətin gözü qarşısında aparması beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) eləcə də ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, Ermənistan beynəlxalq cinayətlər törətmək siyasətindən, Azərbaycana qarşı olan təcavüzkar mövqeyindən əl çəkmir və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməkdən açıq-aşkar şəkildə imtina edir.

Professor Əmir Əliyev daha sonra qeyd edib ki, Azərbaycan əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətlə, dünyada və regionda sülh naminə bütün mümkün kompromis variantları təklif edərək, Ermənistanı münaqişəni dinc yolla həll etməyə dəvət edir. Azərbaycan münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilib.

Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməli və bütün Azərbaycan cəmiyyətinə örnək olmalıdır. Əmir Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nümunəvi demokratik dövlət olan Fransanın erməni cinayətkarlarının beynəlxalq məsuliyyətə cəlb edilməsini nəzərdə tutan Beynəlxalq Cinayət Tribunalının yaradılması ideyasını dəstəkləyəcəyini umid etdiyini bildirdi.

Tədbirin sonunda professor Əmir Əliyev və təqdimatın digər iştirakçıları kitaba böyük maraq nümayiş etdirən dinləyicilərin suallarını cavablandıriblar. Həmçinin bütün tədbir iştirakçılarına kitabın müəllif tərəfindən imzalanmiş nüsxələri hədiyyə edilib. Tədbirdə 100-ə yaxın tanınmış fransız alimləri, mədəniyyət xadimləri və ziyalıları iştirak edib.

AzVision.az


Teqlər: Fransa   ADA  





Xəbər lenti