Neftçalada əmək yarmarkası keçirilib
Tədbirdə vətəndaşların peşə-ixtisas bacarıqlarına və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyənlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. İşsiz və işsiz vətəndaşlardan bir qismi haqqı ödənilən ictimai işlərə cəlb olunublar.
AzVision.az
Teqlər: ƏƏSMN