Qobustan-Poladlı yolu yenidən qurulur
Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca 154 min kvadratmetr sahədə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılacaq. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kvadratmetr sahəni əhatə edəcək.
Layihə çərçivəsində 58 min kvadratmetr sahədə optimal çınqıl-qum qarışığından 12 santimetr qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri aparılacaq. Yolboyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boruların quraşdırılması da nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 kilometr göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
AzVision.az