Bakı-Batumi reysi fəaliyyətə başlayır
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.
Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar. Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub. Əlaqə üçün (012) 406 01 58, (012) 406 01 59 saylı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
AzVision.az
Teqlər: Batumi