Azərbaycan və Gürcüstan gömrükçüləri birgə işləyəcəklər
İdarə rəisi qeyd edib ki, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə inzibati binanın tikintisinə başlanılacaq.
A.Abasov əlavə edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa, digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.
Anar Kəlbiyev
AzVision.az