“FES-in qərarı manata təsir etməyəcək” - Elman Rüstəmov
Baş banki bildirib ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb.
"Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib", - E.Rüstəmov qeyd edib.
AzVision.az
Teqlər: Elman-Rüstəmov Mərkəzi-Bank FES manat