Azərbaycan-Britaniya əlaqələri müzakirə olunub
Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb, BP-nin iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyəti, eləcə də “Cənub Qaz Dəhlizi”nin enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edilib.
Neft-qaz ilə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Pərviz-Şahbazov BöyükBritaniya