“Cənub Qaz Dəhlizi”nə 30 milyarddan çox pul xərclənib

“Cənub Qaz Dəhlizi”nə 30 milyarddan çox pul xərclənib
  31 May 2018    Oxunub:1670
Bu ilin aprel ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib.
Bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib.

O qeyd edib ki, həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub”. (AzərTAc)

AzVision.az


Teqlər: Cənub-Qaz-Dəhlizi  





Xəbər lenti