Sahibkarlara 170 milyon güzəştli kredit veriləcək
"2018-ci ildə ümumi dəyəri 392 milyon manat olan 453 layihənin maliyyələşdirilməsinə 72,2 milyon manat dövlətin güzəştli krediti təmin olunub. Verilmiş bu kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 6 dəfə çox layihə maliyyələşdirilib. İlin sonuna kimi 42 istehsal müəssisəsinin yaradılması başa çatacaq. Bunların içərisində xüsusilə aqroparkları vurğulamaq istərdim. Aqroparkların yaradılmasına 204 milyon manat vəsait investisiya qoyulub, infrastrukturun yaradılması üçün isə 110 milyon manat güzəştli kredit ayrılıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: Kredit