200 manatlıq pul nişanları Almaniyada hazırlanıb
E.Rüstəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının çəkisi 1 troy unsiyası olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Cümhuriyyətin 100 illiyinə həsr olunan xatirə pul nişanları isə çəkisi üç ölçüdə - 1, 3/4, 1/2 troy unsiyası olan yüksək əyarlı qızıldandır. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.
Xatirə pul nişanları məhdud sayda (3000 yaxın) buraxılıb. Ehtiyac yaranacağı təqdirdə yenidən istehsal olunacaq.
AzVision.az
Teqlər: Elman-Rüstəmov 200-Manat