Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılıb

Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılıb
  23 May 2018    Oxunub:1555
Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir ki, 2018-ci ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı 1 592 054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Nodulyar dermatit xəstəliyinin profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli qərarı ilə 7 mart 2006-cı il tarixli qərara edilmiş əlavəyə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilir.

AzVision.az


Teqlər: KTN   Peyvənd  





Xəbər lenti