Neft Fondu “AÇG”-dan 131,3 milyard dollar qazanıb

Neft Fondu “AÇG”-dan 131,3 milyard dollar qazanıb
  10 May 2018    Oxunub:1442
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 131 milyard 309 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə AzVision.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Bu ilin yanvar-aprel aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 823 milyon dollar vəsait daxil olub.

Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

AzVision.az


Teqlər: Neft-Fondu   AÇG  





Xəbər lenti