“İqtisadi inkişaf tam təmin edilib” - İlham Əliyev

“İqtisadi inkişaf tam təmin edilib” - İlham Əliyev
  04 May 2018    Oxunub:2423
“Xızıya içməli suyun verilməsi əlamətdar hadisədir. Belə layihələrin reallaşdırılması ölkədə sosial sahədə aparılan islahatların uğurla davam etdirilməsinin göstəricisidir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı Xızıda sosial məsələlərin həll edildiyini, qazlaşma, elektrik enerjisi, kənd yollarının inşası kimi layihələrin uğurla icra edildiyini qeyd edib. Kənd təsərrüfatının inkişafı və yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə məhsuldarlığın artacağını vurğulayıb.

Prezident Azərbaycanda xalqla iqtidar arasında birliyin günü-gündən daha da möhkəmləndiyini, ölkəmizdə iqtisadi inkişafın tam təmin edilidyini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti