“ABŞ-la Afrini müzakirə etməyəcəyik” - Çavuşoğlu (VİDEO)

“Afrində amerikalı hərbçilər yoxdur. Ola bilsin ki, ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları orada vaxtaşırı olur. Buna görə də bizim ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyacımız yoxdur”-deyə XİN rəhbəri deyib.
O, ABŞ-ın PYD/YPG terrorçu qruplaşmalarına silah verməsinin düzgün addım olmadığını və bunun iki ölkə arasında mövcud olan münasibətlərə mənfi təsir edəcəyini bldirib: “Əgər biz müttəfiq ölkəyiksə, ABŞ bu addımı atmalıdır. Əgər ABŞ bunu etməsə və təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: XİN Türkiyə Çavuşoğlu Afrin ABŞ