Ölkədə virus xəstəlikləri artıb - Ehtiyatlı olun! (VİDEO)
Bunu AzVision.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
"Virus xəstəlikləri mövsümlə əlaqədar artıb. Əvvəlki illərdə olduğu kimi mövsümə uyğun xəstələnmə müşahidə olunur. Uşaqlar arasında xəstəliyi kəskin respirator virus infeksiyaları və adena virusu törədir. Arada qrip virusu da aşkar edilib".
Baş pediatrın fikrincə, yay mövsümündə uşaqların bədəni vitaminlərlə möhkəmləndirilməlidir ki, onlar payız-qış mövsümündə az xəstələnsinlər. Uşaqların geyimi isə mövsümə uyğun olmalıdır.
Aytən Zəhra
AzVision.az