Milli Kitabxananın 90 illiyi qeyd edildi FOTO

Milli Kitabxananın 90 illiyi qeyd edildi FOTO
  26 Sentyabr 2013    Oxunub:1490
Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd edildi.
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

AzVision.az xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Azərbaycan paytaxtında III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının yüksək səviyyədə təşkil olunduğunu söyləyən nazir 3 gün ərzində minlərlə insanın bu sərgini ziyarət etdiyini qeyd etdi.

İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını təbrik edən mədəniyyət və turizm naziri bütün kollektivə uğurlar arzuladı.

Tədbirdə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev Azərbaycan Milli Kitabxanasının keçdiyi yoldan, görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələrdən danışdı.

Çıxış edənlər bildirdilər ki, hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxananın fondunda 5 milyondan çox çap məhsulu saxlanılır.
Ulu öndər Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olmuş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı bu bilik ocağına hədiyyə edib.

Xatırladaq ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 24 iyun tarixli Sərəncamına əsasən keçirilib.

Çıxışlardan sonra tədbir geniş konsert proqramı ilə davam edib.

Qalereya




Teqlər:  





Xəbər lenti