Qırıcı təyyarələrin aviaşousu olacaq

Qırıcı təyyarələrin aviaşousu olacaq
  24 Sentyabr 2013    Oxunub:1346
Sentyabr ayının 24-də Sumqayıt şəhərində artıq ənənəyə çevrilmiş “Şəhər günü” bayramı keçiriləcək.
Tədbirdə xarici dövlətlərdən və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivləri iştirak edəcək.
Şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək.
Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, Rusiyanın Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ının nümunəvi çıxışları, həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu olacaq.
Bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edən bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.



Teqlər:





Xəbər lenti