Rusiyada terror: Ölənlər və yaralananlar var

Rusiyada terror: Ölənlər və yaralananlar var
  17 Sentyabr 2013    Oxunub:1196
Rusiyada çeçen səhra komandiri Doku Umarova sadiq silahlı dəstə Şimali Qafqazın daha bir neçə yerində qanlı aksiyalar törətməyi planlaşdırıb.
İlk olaraq Çernovodsk şəhərindəki polis məntəqəsi hədəf alınıb. Asayiş keşikçilərinin növbədən qayıtmasını gözləyən kamikadze içi partlayıcı ilə dolu olan avtomobili nəzarət buraxılış məntəqəsinə sürüb. Maşının gəlişindən şübhələnən polis qapı ağzına dəmir lövhə qoymağa macal tapıb.

Maneəyə çırpılan maşında güclü partlayış baş verib ki, nəticədə çavuş Yunis Süleymanov və daha iki polis həlak olub. Daha 4 asayiş keşikçisi yaralanıb. Baş verən hadisədən dərhal sonra hərəkətə keçən xüsusi xidmət orqanları tezliklə terrorçulardan birini həbs edib. Umarovun özünü yaxalamaq isə mümkün olmayıb


Teqlər:





Xəbər lenti