İrəvandan - Vana

İrəvandan - Vana
  01 Mart 2013    Oxunub:1462
İrəvandan Vana ilk aviareys aprelin 3-də baş tutacaq
Bir neçə illik hazırlıqlardan sonra Ermənistanın İrəvan hava limanından Türkiyənin Van şəhərinə ilk təyyarə uçacaq. Bu barədə News.am saytı “Narekavank-tur” şirkətinə istinadən məlumat verib.

Məlumata görə aprelin 3-dən etibarən Ermənistanla Türkiyə arasında müntəzəm olaraq həftədə iki dəfə ikitərəfli reyslər həyata keçiriləcək.

İrəvan-Van-İrəvan reysinə biletin qiyməti 250 dollardır. Birinci ay sərnişinlər üçün 20 % güzəştlər nəzərdə tutulub.

“Narekavank-tur” həmçinin Türkiyəyə qiyməti 450 dollardan başlayan 3, 4 və 7 günlük turist paketləri də təklif edir.


Teqlər:  





Xəbər lenti