Papa homoseksual imiş

Papa homoseksual imiş
  01 Mart 2013    Oxunub:2239
İstefa verən Roma papası XVI Benediktin homoseksual olduğu iddia olunub.
Son 8 ildir Katolik dünyasının ruhani lideri olan Papa XVI Benedikt dünən rəsmən vəzifəsindən gedib. Papanın Vatikandan ayrılmasından bir gün öncə Amerika mətbuatında səslənən iddia isə gündəmə bomba kimi düşüb.

Məşhur homoseksual blogger Endryu Sallivan “The Dish” adlı internet saytında yayımlanan son yazısında Papanın şəxsi katibi, arxiyepiskop Georq Gensvayn ilə gizli sevgi macərası yaşadığını iddia edib. 56 yaşlı Gensvayın səhərlər yeni Papaya xidmət göstərib, axşamlar XVI Benediktin yeni iqamətgahı, Vatikandakı Matter Ecclesia monastırında qalacağını vurğulayan Sallivan bundan sonra papanın gizli homoseksual olduğu nəticəsinə gəlib.

Sallivan İtalyan mediasının “yaraşıqlı Georq” ləqəbini verdiyi Gensvayın müsahibələrinin birində “Papanın yanında olanda ürəyim yerindən çıxır” söyləməsinin bu iddianı təsdiq etdiyini deyib.



Teqlər:  





Xəbər lenti