Nazirdən prezidentə məsləhət

Nazirdən prezidentə məsləhət
  01 Mart 2013    Oxunub:2480
Türkiyənin Xarici İşlər Naziri Suriya prezidentindən insan ölümünə son qoymağı tələb edib.
"Suriyada "SCUD" raketlərinin dinc insanların yaşadığı ərazilərə atılması əsl terrordur". Belə bəyanatla Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu çıxış edib. Onun sözlərinə görə, Suriyada mövcud vəziyyət ən dəhşətli səviyyəyə çatıb.

Dinc insanlar arasında ölüm hallarının sürətlə artdığını deyən diplomat bəyan edib ki, Türkiyə bu ölkədə insan tələfatına son qoyulmasını tələb edir. Bunun üçün rəsmi Ankara Suriya müxalifətini dəstəkləməkdə davam edəcək.

Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasının mümkün olmadığını deyən Davudoğlu onu gec də olsa, siyasi arenadan çəkilməyə çağırıb. Türk diplomat digər dövlətləri də Suriya məsələsində həmrəyliyə çağırıb.

Davudoğlu BMT-nin də bu məsələdəki passiv rolunu tənqid edərək bildirib ki, Birləşmiş Millətlərin Təhlükəsizlik Şurası heç bir işə yaramır. Məhz qurumdakı fərqlilik və çoxluğun daimi üzvlər qarşısında aciz olması təşkilatın artıq lazımsız bir quruma çevrildiyini sübut edir.


Teqlər:  





Xəbər lenti