Azad Rəhimov Portuqaliyada səfərdədir

Azad Rəhimov Portuqaliyada səfərdədir
  19 İyul 2017    Oxunub:1522
Portuqaliya Respublikasının gənclər və idman üzrə Dövlət katibi Joao Paulo Rebelonun dəvəti ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliya Respublikasında səfərdədir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Azad Rəhimovun Dövlət katibi Joao Paulo Rebelo ilə görüşü çərçivəsində son illər ölkəmizdə keçirilmiş birinci Avropa Oyunları, Şahmat Olimpiadası, Formula 1 Qran Pri Turniri, 4-cü İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində Azərbaycanın qazandığı təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və gələcək perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülüb.

Azad Rəhimov səfəri çərçivəsində Avropa Ittifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından tanış olmaq məqsədi ilə, bu ölkədə gənclər və idman sahələrinə məsul bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edib.

AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti