Ağ Ev jurnalisti təhdid edir

Ağ Ev jurnalisti təhdid edir
  01 Mart 2013    Oxunub:1825
Amerikadakı Uotergeyt qalmaqalını (prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi qalmaqal) üzə çıxaran jurnalist Bob Vudvard prezident Obamanı tənqid etdiyi üçün Ağ Ev rəsmilərinin onu təhdid etdiyini deyib.
Prezident Niksonun istefasına səbəb olan Uotergeyt qalmaqalı ilə bağlı yazdığı yazı ilə məşhurlaşan Vudvord Ağ Evin yüksək çinli rəsmisi tərəfindən təhdid edildiyini deyib. CNN-ə açıqlama verən Vudvord Obama administrasiyasının yürütdüyü iqtisadi proqramla bağlı fikirlərini öyrənmək üçün onunla telefon əlaqəsi saxlayan Ağ Ev rəsmisi ilə arasındakı telefon danışığından danışıb.

Vudvordla kobud danışan amerikalı rəsminin ürəyi bununla soyumayıb. Jurnalistin e-mail ünvanına yazdığı məktubda “Yalnış yoldasan, məncə, bu dediklərinə görə peşman olacaqsan” deyə yazıb.

Amerikanın yüksək çinli bir məmurun tanınmış bir jurnalisti bu şəkildə təhdid etməsi ölkədə qızğın müzakirələrə səbəb olub.

“BuzzFeed” internet saytı isə Vudvordun büdcə siyasəti ilə bağlı fikirlərinə qəzəblənən Ağ Ev rəsmisinin prezident yayında Milli İqtisadi Şuranın sədri Cin Sperlinq olduğunu iddia edib.



Teqlər:





Xəbər lenti