Ramil Usubov onların rütbəsini artırdı

Ramil Usubov onların rütbəsini artırdı
  28 Fevral 2013    Oxunub:2252
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib.
DİN-dən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik edərək daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaş olduğunu diqqətə çatdırıb. O deyib ki, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət edib, onlardan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36-ı ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb.
DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.

Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə təşəkkürünü bildirərək əmin edib ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov polis leytenantı xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim edib.
(apa)




Teqlər:





Xəbər lenti