Sarkisyan əleyhinə yeni müxalifət formalaşır

Sarkisyan əleyhinə yeni müxalifət formalaşır
  28 Fevral 2013    Oxunub:1862
Ermənistan Parlamentində ölkədəki seçkiöncəsi vəziyyət , eləcə də yeni iqtidar-müxalifət modelinin formalaşması məsələsi ətrafında müxalifətlə müzakirələr davam edir.
Ermənistanın “Qarparak” qəzetinin məlumatına görə hazırda Ermənistanın Daşnaqsütun partiyası çətin və maraqlı vəziyyətlə üz-üzə qalıb.

Qəzetin “Daşnaqsütun”a istinadən verdiyi məlumata görə onlar “İrs” Partiyası ilə birgə hakim Respublika partiyası ilə müxalifət mübarizəsinin gündəliyini müzakirə edirlər. Bununla yanaşı hazırki hökumətə qarşı birləşən “Daşnaqsütun” və “İrs” partiyaları arasında anlaşılmazlıqlar da mövcuddur. Belə ki, “Daşnaqsütun” mübarizə hərəkatına Raffi Ovanisyanın deyil, xalqın başçılıq etdiyini iddia edir: “Bu xalqın “antiserj” müharibəsidir .
“Bir tərəfdən partiya hesab edir ki, Ermənistanda yeni müxalifəti daşnaqsütunçular və Raffi Ovanisyanın “İrs” Partiyası yaradır. Digər tərəfdən isə Ovanisyanı özünə rəqib görür. Ancaq antisərkisyan ruhu onu dözməyə məcbur edir”-deyə qəzet yazır.
Öz növbəsində Rafi Ovanisyan , bəzi məqamlarda qarşı platforma ilə razılaşmadığını desə də birgə müxalifət cəbhəsi yarada biləcəklərini deyib. “ Özləri görəcəklər ki, onların qarşısında maraqlarını qoruya biləcək bir qüvvə dayanıb”.

Qəzet yazır ki, kifayət qədər etibarlı mənbələrdən alınan məlumata görə Serj Sarkisyan rejiminə qarşı gizli mübarizə hələ uzun müddət davam edəcək.


Teqlər:  





Xəbər lenti