"Rəqs edən milyonçu" Bakıdadır: "Bura çox xoşuma gəldi" (FOTOLAR)

"Rəqs edən milyonçu" Bakıdadır: "Bura çox xoşuma gəldi" (FOTOLAR)
  06 May 2017    Oxunub:26462
"Burada olmaqdan məmnunam. Bakı çox xoşuma gəldi. Yenidən bura turist kimi gəlmək istərdim”.
AzVision.az xəbər verir ki, bunu Bakı Şopinq Festivalının qonağı, İnstagramda "rəqs edən milyonçu" kimi məşhurlaşmış, 9 milyondan çox izləyicisi olan Canluka Vakki bu gün keçirilən mətbuat konfransıda deyib.

Rəqsləri ilə məşhurlaşan C,Vakki şəxsi xareoqrafının olmadığını, ideyalarının özünə məxsus olduğunu söyləyib.

"Əvvəl efirlərdə belə rəqslərim olub. Daha sonra sosial şəbəkələr inkişaf etdi və orada öz rəqslərimi yaymağa başladım. Rəqslərim xeyli maraq doğurdu və uğurlu alındı".

Vakki söyləyib ki, hər hansı bir Azərbaycan musiqisi onun qəlbinə yol tapsa, həmin musiqinin sədaları altında rəqs edəcək: “Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm”.











Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: Canluka-Vakki  





Xəbər lenti