Erməni səfir Xocalı qarşısında aciz qaldı

Erməni səfir Xocalı qarşısında aciz qaldı
  28 Fevral 2013    Oxunub:1668
Misirdə tələbələrin Xocalı soyqırımı ilə bağlı sualını cavablandıra bilməyən Ermənistan səfiri konfransı tərk edib
“Xocalı soyqırımının ildönümündə Ermənistanın Misirdəki səfirliyinin təşkil etdiyi konfransda tələbələrin suallarını cavablandıra bilməyən erməni səfir Armen Melkonyan zalı tərk edib”.
Bu barədə “Misirdəki Azərbaycan diasporu” təşkilatının sədri Ramil Niftalıyev məlumat verib.
Onun sözlərinə görə, tədbir səfirlik və Qahirə Universitetində yerləşən Erməni Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Konfransın mövzusu mədəniyyətlərarası sivilizasiyaya aid olsa da, daha çox erməni mədəniyyətindən, erməni mədəniyyətinin dünyada tutduğu yerdən, erməni və fars dilləri arasındakı bağlılıqdan, hər iki dildə işlədilən oxşar sözlərdən, qondarma erməni soyqırımından və ən əsası erməni-ərəb tarixinin qədimliyindən bəhs edilib:
“Tədbir zamanı olmayan erməni mədəniyyətinin əslində nə olduğu hər kəsə bəyan oldu. Panelin sonuna az qalmış tarix bölümünün misirli magistr tələbəsinin erməni səfir Armen Melkonyana ünvanlanmış “Xocalıda törədilən soyqırımı və Ağdam məscidində heyvanların saxlanması haqqında nə deyə bilərsiniz?” sualına erməni mərkəzinin müdir yardımçısı etirazını bildirib. Səbəb kimi isə sualın konfransın mövzusuna zidd olması göstərilib. Amma zalda misirlilərdən başqa Ermənistandan da qonaq qismində dəvət olunanlar olduğuna görə və sual birbaşa səfirə yönəldiyindən o sualdan yayına bilməyib və cavab vermək əvəzinə başqa mövzular haqqında danışıb”.
Ramil Niftalıyev bildirib ki, növbəti sual verənin Xocalıdan olduğunu biləndə isə səfir ona xəsarət yetiriləcəyindən qorxaraq zaldan çıxarılıb. Sonrakı iki paneldə isə nə səfir, nə də Ermənistandan gələnlər iştirak etməyib. Tədbir boyu Qarabağ və Xocalı soyqırımından bəhs edən materialların paylanması iştirakçıların sayını azaldıb və tədbir vaxtından əvvəl yekunlaşıb.
Diaspor sədri onu da qeyd edib ki, tədbirin həmin gün keçirilməsi təsadüfi deyil: “Əvvəlcə bu tədbiri 20 yanvar tarixində keçirməyi planlaşdırıblar. Lakin sonradan bunu Xocalı soyqırımı günü keçirməyə nail olublar”. (APA)


Teqlər:





Xəbər lenti