Ağır yol qəzası: 16 ölü, 50 yaralı

Ağır yol qəzası: 16 ölü, 50 yaralı
  26 Fevral 2017    Oxunub:1632
Hindistanın Meqxalaya ştatında insanları daşıyan yük maşını aşıb.

AzVision.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 16 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Xəbərdə deyilir ki, qəza zamanı yük maşınında 70 nəfər olub.

Qəzanın səbəbi sürücünün idarəetməni itirməsi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti