ABŞ Rusiya səfirinin danışıqlarını dinləyir

ABŞ Rusiya səfirinin danışıqlarını dinləyir
  20 Fevral 2017    Oxunub:1458
ABŞ xüsusi xidmət orqanları Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakın danışıqlarını dinləyir.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, səfirin öz vəzifəsini yerinə yetirməsi ilə bağlı Moskvaya etdiyi məruzələr Vaşinqtonun xüsusi xidmət orqanları tərəfindən dinlənilib:

“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri (Maykl Flinn) barədə Amerika xüsusi xidmət orqanlarının jurnalistlərə rəsmi açıqlaması bunu təsdiq edir”.

Qeyd edək ki, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. O, rusiyalı səfir Sergey Kislyak ilə dekabrın sonunda əlaqələrə dair tam informasiya vermədiyini etiraf edib və Donald Trampdan üzr istəyib. İstefa müraciətində Flinn Trampın inauqurasiyasından öncə, o sürətlə inkişaf edən hadisələrə görə, ehtiyatsızlıqdan vitse-prezidentə və digərlərinə Rusiya səfiri ilə telefon danışıqlarına dair tam məlumat vermədiyini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti