İsrail hücuma məruz qaldı

İsrail hücuma məruz qaldı
  23 Avqust 2013    Oxunub:1067
Ölkənin şimalına raket zərbələri endirilib.
Silahlı hücum Livan tərəfindən həyata keçirilib. Məlumatı İsrail ordusu da təsdiqləyib. Bildirilir ki, 4 raket zərbəsindən 3-ü "Dəmir Qübbə" müdafiə sistemi tərəfindən havada dəf edilib.

Digəri yaşayış məntəqəsinə düşsə də ölən və yaralanan olmayıb. Livan mənbələrinə görə, raketlər İsrailə ölkənin cənubundan atılıb. Hücumun hansı qruplaşma tərəfində təşkil olunduğu hələ ki, məlum deyil. Vurğulanır ki, İsrail ordusu qarşı tərəfə cavab atəşi açmayıb.


Teqlər:





Xəbər lenti