Zaqatalada döyülən tibb bacısı komaya düşdü

Zaqatalada döyülən tibb bacısı komaya düşdü
  04 Dekabr 2016    Oxunub:1929
Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zaqatala Rayon Polis Şöbəsindən sayta bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirib və hadisə yerini tərk edib.

Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti