33 yaşlı kişinin meyiti evində tapıldı

33 yaşlı kişinin meyiti evində tapıldı
  04 Dekabr 2016    Oxunub:1327
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-ci il təvəlüdlü Hüseynov Akif Mehdi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti