`Misirə görə çox narahatıq`- Davudoğlu

`Misirə görə çox narahatıq`- Davudoğlu
  15 Avqust 2013    Oxunub:1079
“Konstitusiyon hüquqlarını dinc yolla ifadə edən xalqa qarşı zorakılıq qəbul edilməzdir”.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında Misirdəki hadisələrdən danışarkən deyib.

Ə.Davudoğlu vurğulayıb ki, Misirdə baş verənləri diqqətlə izləyir:

“Türkiyənin hədəfi Orta Şərqdə sabitliyə nail olmaqdır. Əsas istəyimiz qısa müddətdə Misirdə Konstitusion və mülki idarəetmənin bərpa olunmasıdır. Misirlə bağlı siyasətimiz, bütün Misirdə sabitliyin bərqərar olmasına yönəlib. Bu ölkədə baş verəcək qeyri-sabitlik böyük coğrafi məkanda öz əsiri göstərəcək. Buna görə də ayrıseçklik etmədən bütün kəsimlərin təmsil olunduğu bir siyasi keçidin davam etdirilməsi və müvəffəqiyyətlə başa çatmağına ehtiyac var. Bu istiqamətdə atılacaq hər addıma dəstək verməyə hazırıq.

Misirdə ordunun etiraz aksiyası keçirənlərə müdaxiləsinin yüzlərlə insanən ölümü, minlərlə insanın yaralanması ilə nəticələnməsini kədərlə qarşıladığını deyən Ə.Davudoğlu ölənlərə rəhmət diləyib: “Ötən gün verdiyimiz açıqlamada olduğu kimi yenə də baş verənləri qınayırıq. Həyatlarını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik”.


Teqlər:  





Xəbər lenti