Nobel alan professoru Azərbaycanla nə bağlayır? - Dosye

Nobel alan professoru Azərbaycanla nə bağlayır? - Dosye
  06 Oktyabr 2016    Oxunub:6234
Ötən gün 2016-ci ilin Kimya üzrə Nobel mükafatçılarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi 2016-cı il üçün kimya sahəsində Nobel mükafatının molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pier Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya verildiyini elan edib.

Elm adamlarının təltif olunma mərasimi 10 dekabr, Alfred Nobelin ölüm günündə baş tutacaq.

Kimya üzrə elan olunan 3 Nobel mükafatçısından biri Jan-Pier Savaja Bakıda yeni yaradılan Fransa Azərbaycan Universitetinin professorudur.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valhov bildirib ki, Jan-Pier Savaja yaxın gələcəkdə Bakıda tələbələrə mühazirə deyəcək.



“Azərbaycanda bu il yeni fəaliyyətə başlayan UFAZ universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Strasburq Universitetinin birgə tərəfdaşlığı ilə yaradılıb. Yaxın gələcəkdə Bakıda Nobel mükafatçısının mühazirlərinin şahid ola biləcəyik”.

Jan-Pier Savaja 1944-cü ildə Fransanın paytaxtı Parisdə anadan olub və Lui Paster adına Universitetdə fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.



O, namizədlik işini yazan zaman kriptandların sintezi üzrə ilk araşdırmaların aparılmasında iştirak edib. Doktor araşdırmalarından sonra o, Strasburqa qayıdıb. Hazırda Jan-Pier bu Universitetin fəxri professorudur.

Jan-Pierin yaradıcılığının əsas hissəsini molekulyar topologiya təşkil edir. O, koordinasiya komplekslərində katenanlar və molekulyar düyünlərin sintezini təsvir edib.

Jan-Pyer Sovaj 26 mart 1990-cı ildən Fransa Milli Akademiyasının üzvü, 1997-ci il noyabrın 24-dən isə akademikidr.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti