`Neftçi`yə yeni baş məşqçi təyin edildi

`Neftçi`yə yeni baş məşqçi təyin edildi
  15 Sentyabr 2016    Oxunub:2368
“Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti