Saakaşvili: “Quzu kimi” davrandım”

Saakaşvili: “Quzu kimi” davrandım”
  08 Avqust 2013    Oxunub:1319
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə dostluq münasibətlərinin bərpa olunmasında heç bir perspektiv görmədiyini söyləyib. Bu barədə o “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
Saakaşvili Tbilisinin 2008-ci ilin avqustundan sonra regionda mövcud olan həqiqətləri qəbul etməsi barədə Rusiyanın baş naziri Dmitri Medvedyevin fikirlərinə aydınlıq gətirib. “Mən bu cür şəraitdə normal münasibətlərin bərpasının mümkün olmayacağını düşünürəm” – prezident vurğulayıb.

O, Rusiya ilə münasibətləri barədə “qurd qabağında quzu kimi davrandım, amma heç vaxt qurd quzuya yaxşı davranmayacaq. Gürcü xalqı isə bunu başa düşməli və öz yolu ilə getməlidir” – deyə o əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanın yeni hakimiyyətinin arzusu Rusiyanın hazırkı rəhbərliyi ilə “barış içində birlikdə yaşamaq”dır. “Gürcüstanın yeni hakimiyyəti insanları inandırmağa çalışır ki, bunu etmək mümkündür. Lakin xalq gözünü açmalıdır. Çünki hazırkı Rusiya rəhbərliyi ilə razılıq əldə etmək imkansızdır” - Saakaşvili bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti