Yaponlar seksdən imtina edir

Yaponlar seksdən imtina edir
  08 Avqust 2013    Oxunub:1373
“Sagami Rubber Industries Co” şirkətinin keçirdiyi sosial sorğu əsasında məlum olub ki, yapon cütlükləri intim prosesdə ciddi problemlər yaşayır.
Sorğuda 20 – 69 yaşlarında on dörd min kişi və qadın iştirak edib. Sorğuya cəlb olunan bütün respondentlər cinsi fəaliyyəti barədə suallara neqativ cavab verib.

Məlum olub ki, qeyri-rəsmi nikahda yaşayan cütlüklər ayda 4,1 dəfə intim münasibətdə olurlar. Rəsmi nikahda yaşayanlarda bu göstərici aşağı - ayda 1,7 dəfə təşkil edib. Sosioloqlar bildiriblər ki, kişi partnyorlar intim aktivliyə qadın partnyorlarına nisbətən daha meylli olurlar. Bu nisbət 75,2 faizin 35,8-dir.

Münasibətlərin bu cür olmasına respondentlər vaxt məhdudiyyəti, aktiv həyat tərzi və eyni partnyorla yaxınlıq arzusunun olmamasını səbəb gətiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti