Komandalarımız Olimpiadanı medalsız başa vurdu

Komandalarımız Olimpiadanı medalsız başa vurdu
  13 Sentyabr 2016    Oxunub:1618
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun görüşləri başa çatıb.

AzVision.az-ın report-a istinadən verdiyi məlumata görə, Azərbaycanın kişilərdən ibarət əsas milli Türkmənistanla qarşılaşıb.

Qarşılaşma əsas yığmanın üstünlüyü ilə başa çatıb. İkinci komanda Boliviyadan güclü olub. Üçüncü yığma isə Albaniya ilə sülh bağlayıb.

Qadınlardan ibarət əsas yığmanın son rəqibi Malayziya olub. Görüşün sonunda azərbaycanlı şahmatçılar qələbəyə sevinib. İkinci komanda İranla qarşılaşıb və məğlubiyyətə uğrayıb. Üçüncü milli isə Makedoniyanı məğlub etməyi bacarıb.

Kişilərdən ibarət “Azərbaycan 1” komandası Olimpiadanı15 xalla 12-ci, “Azərbaycan 2” 14 xalla 26-cı, “Azərbaycan 3” isə 13 xalla 49-cu yeri tutub.

Olimpiya çempionu adını 20 xalla ABŞ qazanıb. Eyni xala malik Ukrayna 2-ci, 18 xalı olan Rusiya 3-cü yeri tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti