Rioda daha bir medal qazandıq

Rioda daha bir medal qazandıq
  12 Sentyabr 2016    Oxunub:1562
Azərbaycan idmançıları XV Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.
AzVision.az xəbər verir ki, Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu 200 metrəyə qaçışda 23.80 saniyə nəticə göstərərək komandamızın aktivinə daha bir bürünc medal yazdırıb.

Qeyd edək ki, sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir.

AzVision.az




Teqlər:





Xəbər lenti