Üzgüçümüz finala çıxdı

Üzgüçümüz finala çıxdı
  12 Sentyabr 2016    Oxunub:2390
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saleh təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.
AzVision.az xəbər verir ki, təmsilçimiz Roman Saleh 13 atletin qatıldığı təsnifat mərhələsində ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

Final 13 sentyabr saat 00.30-da başlayacaq.

Qeyd edək ki, Azərbayan XV Yay Paralimpiya oyunlarında idmanın 6 növü - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışları ilə təmsil olunur. Ölkəmizin 24 idmançısı bu yarışlara qatılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti