Qorbaçov : “Sağ və salamatam”

Qorbaçov : “Sağ və salamatam”
  08 Avqust 2013    Oxunub:961
SSRİ-nin eks prezidenti ölümü barədə yayılan şayiələrə aydınlıq gətirib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mixail Qorbaçov son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölümü barədə yayılan şayiələri təkzib edib. Eks prezident söz-söhbətlərin əlindən təngə gəldiyini və yayılan xəbərlərin tamamilə əsassız olduğunu deyib.

“Ölüm” xəbərinə yumorla cavab verən 82 yaşlı sabiq prezidentin sözlərinə görə, o, hələ ölməyə hazırlaşmır. Qorbaçov onu da qeyd edib ki, jurnalistlər artıq ilk dəfə deyil ki, SSRİ liderini o dünyaya “göndərirlər”.

“Mən sağ və salamatam. Bəsdir Qorbaçovla əlləşdiniz”, - deyə sonda eks prezident deyib.



Teqlər:  





Xəbər lenti