Saakaşvilidən Ramazan təbriki

Saakaşvilidən Ramazan təbriki
  08 Avqust 2013    Oxunub:927
Gürcüstan Prezidenti Mixail Saakaşvili Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, M.Saakaşvilinin rəsmi "Facebook" səhifəsində bu bayramın müsəlman dünyasında xüsusi yer tutduğu qeyd edilir.

Gürcüstan Prezidentinin təbrikində deyilir: "Bu gün bütün dünya müsəlmanları bir ay davam edən oruclarını tamamlayaraq yaxşı gələcək üçün dualar edirlər. Bu əhəmiyyətli bayrama qoşularaq cəmiyyətimizin ayrılmaz və dəyərli hissəsi olan Gürcüstanın bütün müsəlmanlarını təbrik edirəm. Sizə ölkəmizin rifahı naminə sülh, ailələrinizə isə firavanlıq arzulayıram".


Teqlər:





Xəbər lenti