Türkiyəli generallara hökm oxundu - SİYAHI

Türkiyəli generallara hökm oxundu - SİYAHI
  05 Avqust 2013    Oxunub:1499
Bu gün İstanbul 13-cü Ağır Cinayətlərə dair Məhkıməsində “Ergenokon” işi ilə bağlı saxlanılan hərbçilərə hökm oxunub
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə sədri Həsən Hüseyn Özese bildirib ki, məhkəmə qərarı iki mərhələdən ibarətdir. Birinci mərhələdə müttəhimlərlə bağlı hökm, ikinci mərhələdə isə müttəhimlərin həbs şəraiti və tələbləri yer alıb.

Məhkəmənin qərarı ilə bu gün 21 müttəhim bəraət qazanıb. İstanbul Ağır cinayətlərə dair Məhkəməsi Türkiyə Cümhuriyyəti Baş Qərargahın keçmiş rəisi İlker Başbuğ, sabiq baş komandan Xurşid Tolon , General-mayor Vəli Kiçik, jurnalist Tuncay Özkan və Doğu Perinçekə ömürlük həbs cəzası verib. Mustafa Balbay 34 il 8 ay, Mehmet Haberal 12 il 6 ay, Sinan Aygün isə 13 il 6 ay həbs cəzasına məhkum olunub.

Məhkəmənin digərləri haqqında qərarı belə olub:
- Alparslan Aslan iki dəfə ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 90 il
- Müzəffər Tekin iki dəfə ağırlaşdırılmış ömürlük həbs
- İşçi Partiyası sədri Doğu Perinçek ağırlaşdırılmış ömürlük həbs
- Sabiq Birinci ordu baş komandanı Hasan Iğsız ömürlük həbs
- Sabiq Jandarma baş komandanı Şener Eruygur ömürlük həbs
- Sabiq baş komandan Nusret Taşdeler ömürlük həbs
- Sabiq polkovnik Dursun Çiçek ağırlaşdırılmış ömürlük həbs
- Tuncay Özkan ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 15 il həbs
- Dursun Ali Özoğlu ağırlaşdırılmış ömürlük həbs
- Emekli Albay Fikri Karadağ ağırlaştırılmış müebbet
- Vəkil Kamal Kerinçsiz ağırlaşdırılmış ömürlük həbs
- Sabiq Baş qərargah müşaviri Hıfzı Çubuklu 9 il 6 ay həbs
- Sabiq Baş Qərargah müşaviri Erdal Şenel 7 il yarım həbs
- Sabiq baş komandan 13 il 2 ay həbs
- Sabiq baş komandan 7 il 6 ay həbs
- Sabiq general-mayor Levent Ersöz 22 il 6 ay həbs
- Sabiq general Ələddin Sevim 10 il həbs
- Sabiq general-leytenant İsmayıl Hakkı Pekin 7 il yarım həbs
- Sabiq admiral Mehmet Otuzbiroğlu 20 il 6 ay həbs
- Sabiq polkovnik Arif Doğan 47 il 3 ay həbs
- Sabiq polkovnik Levent Göktaş 23 il 9 ay həbs
- Sabiq polkovnik Həsən Atilla Uğur 29 il 3 ay
- Sabiq pod-polkovnik Mustafa Dönmez 49 il 2 ay
- Sabiq mayor Fikret Emek 41 il 4 ay
- Leytenant Noyan Çalıquşu 8 il 6 ay
- Ehtiyatda olan əsgər və vəkil Serdar Öztürk 25 il 6 ay

Fatimə


Teqlər:  





Xəbər lenti