Ələkbər Muradov Əmircanda dəfn olunacaq

Ələkbər Muradov Əmircanda dəfn olunacaq
  01 Avqust 2013    Oxunub:2474
Tanınmış rejissor, əməkdar incəsənət xadimi Ələkbər Muradov Bakının Əmircan kəndində dəfn olunacaq.
Məlumatı AzVision.az-a rejissor Şeyx Əbdül Mahmudbəyov deyib. O, bildirib ki, hazırda Əmircanda mərhumun yas yerindədir:

“5-10 nəfər əsl rejissor var idi, bu gün onlardan birini də itirdik. Sonradan gələn rejissorlar rejissor deyillər. Allah ona rəhmət etsin”.

Rejissor həmçinin vurğulayıb ki, yas mərasimində şair Ramiz Rövşən, kinoşünas Ayaz Salayev, aktyor Rasim Balayev, rejissor Əsəd Əsədov, Əli İsa Cabbarov və digər kino nümayəndələri iştirak edir.

Qeyd edək ki, kinorejissor, əməkdar incəsənət xadimi Ələkbər Muradov bu gün 65 yaşında doğum günündə vəfat edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti