Bakıda “20 məhəbbət hekayəsi”

Bakıda “20 məhəbbət hekayəsi”
  30 İyul 2013    Oxunub:1972
Rusiya estradasının “sonuncu romantik”i Valeriy Meladze Bakıda konsert verəcək.
Bakıda populyar rus sənətçisi, Rusiyanın Əməkdar artisti Valeriy Meladzenin konserti keçiriləcək. AzVision.az xəbər verir ki, konserti noyabrın 19-da Heydər Əliyev adına sarayda baş tutacaq. “20 məhəbbət hekayəsi” adlı yeni konsert proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir.

Rusiya estradasında ən populyar ifaçılarından olan Valeriy Meladzenin geniş səs diapazonu, qeyri-adi tembri, özünəməxsus ifaçılıq qabiliyyəti ilə konseertində iştirak etməklə siz də tanış ola bilərsiniz.

Müğənninin konsert biletləri artıq satışdadır. Şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə etmək olar. Biletləri online şəkildə də sifariş etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti