“Multikulturalizm” jurnalı işıq üzü görüb

“Multikulturalizm” jurnalı işıq üzü görüb
  13 İyun 2016    Oxunub:2613
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görüb.
Fondun mətbuat xidmətindən verilən xəbərə görə, jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая цел-мультикультурализм”, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.

Bundan başqa, jurnalda tanınmış yazarlar - Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını, Alikin, Feyziyyənin, Günel Şamilqızının, Rəbiqə Nazimqızının şeirləri də yer alıb.

Jurnalın “Höte zalı” bölməsində Amerika yazıçısı Harri Harrisonun “Aşkelon küçələri” fantastik hekayəsi çap edilib.

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

AzVision.az


Teqlər:





Xəbər lenti